Portuqaliya Azərbaycanın 3-cü əsas neft idxalçısıdır | Banco.az

Portuqaliya Azərbaycanın 3-cü əsas neft idxalçısıdır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Portuqaliya bu ilin yanvar ayında Azərbaycandan 44 milyon 337 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 64 milyon 486 min dollar və ya 2,4 dəfə azdır. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 93 min 590 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 122 min 396 ton və ya 2,3 dəfə azalma deməkdir. 

Qeyd edək ki, yanvar ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram