Avropa İttifaqının vahid bazar addımı | Banco.az

Avropa İttifaqının vahid bazar addımı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ xüsusilə ticarət və investisiyaların canlanmasına mane olan problemləri həll edəcək və onun qarşısındakı maneələri azaldacaq.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası 27 üzv ölkə ilə yanaşı, Avropa İqtisadi Zonası Sazişi çərçivəsində İslandiya, Lixtenşteyn və Norveçin; sektorial sazişlər vasitəsilə isə İsveçrənin daxil olduğu və iştirakçı ölkələrin hüquqi baxımdan riayət etməyə borclu olduqları ortaq qayda və standartlar tətbiq edən vahid bazarın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hazırladığı yeni strategiyasını açıqlayıb.

Aİ xüsusilə ticarət və investisiyaların canlanmasına mane olan problemləri aradan qaldırmaq və mövcud maneələri azaltmaq niyyətindədir.

Strategiyalara əsasən, kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) fəaliyyətlərini davam etdirmələrinə və böyümələrinə yardım edəcək addımlar atılacaq, müəssisələrin rəqəmsallaşmasına üstünlük veriləcək. Qarmaqarışıq Aİ qaydaları sadələşdirilərək, şirkətlərin yaradılması və fəaliyyət prosesləri daha asan və əlçatan ediləcək.

Vahid bazar daxilində peşə ixtisaslarının tanınmasının artırılması üçün tədbirlər görüləcək. Eyni zamanda, vahid bazarda ortaq standartların tətbiq sahələrinin genişləndirilməsi üzərində iş aparılacaq.

Üzv ölkələr arasında qablaşdırma ilə bağlı fərqli qaydalar aradan qaldırılacaq və xidmət sahəsindəki tənzimləmə fərqləri azaldılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram