Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Apple”ın gəliri aprel-iyun dövründə illik təxminən 10 faiz artıb.
Banco.az xəbər verir ki, “Apple”ın gəliri və mənfəəti artıb: iPhone və Mac satışları yüksəlib, iPad satışları azalıb.
Maliyyə təqviminə əsasən 28 iyun tarixində başa çatan 3 aylıq dövrü üçüncü rüb kimi qəbul edən “Apple” şirkətinin maliyyə hesabatına görə, şirkətin gəliri bu dövrdə illik təxminən 10% artaraq 94 milyard dollara yüksəlib. “Apple” ötən ilin eyni dövründə təxminən 85,8 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 9,3% artaraq 23,4 milyard dollara çatıb. Şirkət ötən ilin aprel-iyun aylarında 21,4 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin hər səhmə düşən mənfəəti isə bu dövrdə 1,40 dollardan 1,57 dollara yüksəlib.
iPhone və Mac satışları artıb, iPad satışları azalıb
Bu dövrdə “Apple”ın iPhone və Mac satışları artıb, iPad satışları isə azalıb.
iPhone satışları aprel-iyun dövründə illik 13,5% artaraq 44,6 milyard dollara yüksəlib.
Eyni dövrdə Mac satışları 14,8% artaraq 8 milyard dollara çıxıb, iPad satışları isə 8,1% azalaraq 6,6 milyard dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!