AMB-nin hərracında tələbat təklifi 31% üstələyib | Banco.az

AMB-nin hərracında tələbat təklifi 31% üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 197 mln. manat təşkil edib.

Banco.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% olub.