Müəllif: Tamara Mustafayeva, Banco.az
Amazon.com bu ay Hindistanda sürətli çatdırılma xidmətini sınaqdan keçirməyə başlayacaq.
Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət şirkəti “Amazon” Hindistanın cənubundakı texnologiya mərkəzi Banqalorun bəzi hissələrində yeni müəssisəni sınaqdan keçirməyi planlaşdırır.
Bu barədə “Amazon”un İnkişaf etməkdə olan Bazarlar üzrə Baş Vitse-Prezidenti Amit Aqarval Yeni Dehlidə keçirilən şirkət tədbirində açıqlama verib.
"Tezliklə Banqalorda 15 dəqiqəlik çatdırılma xidmətimizi sınaqdan keçirəcəyik”, Amit Aqarval bildirib.
Aqarval təklif olunan məhsulların kataloqunun xidmət edilən məhəllədən asılı olaraq ərzaq məhsullarından tutmuş ev əşyalarına qədər dəyişəcəyini söyləyib.
Qeyd edək ki, Hindistanın sürətli ərzaq çatdırılması bazarında hələ də yerli “Zomato Ltd”nin “Blinkit”, daha kiçik rəqib “Swiggy Ltd” və sənaye nəhəngi “Tata Group”un “BigBasket” kimi şirkətlər üstünlük təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!