Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investorların iqtisadi proqnozları zəif artım göstərib.
Banco.az xəbər verir ki, Almaniyada investorların iqtisadi proqnozları ölkə iqtisadiyyatında uzun müddətdir gözlənilən bərpanın gecikməsi səbəbindən oktyabr ayında proqnozlardan az artım göstərib.
Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) korporativ investor və analitiklərin növbəti 6 aya dair proqnozlarını ölçən ZEW İqtisadi İnam İndeksinin oktyabr nəticələrini açıqlayıb.
Məlumata görə, indeks sentyabrla müqayisədə 2 bənd artaraq 39,3 bəndə yüksəlib. Sentyabr ayında indeks 37,3 bənd idi. Bazarda gözlənti isə 41 bəndə yüksəliş istiqamətində idi.
Digər tərəfdən, Almaniyada mövcud vəziyyəti əks etdirən indeks oktyabrda əvvəlki aya nisbətən 3,6 bənd azalıb və mənfi 80 səviyyəsinə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!