Almaniya “Amazon” şirkətini 59 milyon avro cərimələyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Almaniya “Amazon” şirkətini 59 milyon avro cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya “Amazon” şirkətini 59 milyon avro cərimələyib.

Banco.az xəbər verir ki, Almaniyanın Federal Rəqabət İdarəsinin (“Bundeskartellamt”) yaydığı açıqlamada bildirilib ki, “Amazon” öz platformasında fəaliyyət göstərən üçüncü tərəf satıcıların qiymətlərini şəffaf olmayan mexanizmlər vasitəsilə təzyiq altında saxlayıb.

Açıqlamada qeyd olunub ki, Almaniyada onlayn satışların təxminən 60 faizinə nəzarət edən “Amazon” üçüncü tərəf satıcıların qiymətlərini “yüksək” hesab etdikdə həmin məhsulları platformadan çıxarıb və ya onların görünürlüğünü məhdudlaşdırıb.

Müstəqil satıcıların təkliflərinə qiymət məhdudiyyəti tətbiq edilməsi səbəbindən “Amazon” şirkətinə 59 milyon avro məbləğində cərimə kəsildiyi bildirilib. Eyni zamanda vurğulanıb ki, həddindən artıq yüksək qiymət halları istisna olmaqla, “Amazon”un qiymətləri məhdudlaşdırmaq səlahiyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram