ABŞ İran neftinə qarşı yeni sanksiyalar tətbiq edib | Banco.az

ABŞ İran neftinə qarşı yeni sanksiyalar tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin qaçaqmalçılığına görə bir daşınma və gəmiçilik şəbəkəsinə sanksiya tətbiq edib.

Banco.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, həmin şəbəkə İran neftini gizli şəkildə İraq nefti ilə qarışdıraraq fəaliyyət göstərib və bunu qəsdən yalnız İraq mənşəli kimi bazara təqdim etməklə sanksiyalardan yayınmağa çalışıb.

Məlumata görə, bu vəziyyət həm şəbəkənin başında duran, İraq və Sent-Kits və Nevis ikili vətəndaşlığına malik iş adamı Valid al-Samarraya, həm də İrana yüz milyonlarla dollarlıq gəlir qazandırıb.

ABŞ Maliyyə Naziri Skott Bessent məsələ ilə bağlı şərhində, İraqın “terrorçular üçün təhlükəsiz sığınacaq” halına gəlməməli olduğunu vurğulayaraq, ABŞ-ın bu səbəbdən İranda ölkədəki təsiri məhdudlaşdırmaq üçün çalışdığını bildirib.

Bessent diqqətə çatdırıb ki, neft gəlirlərini hədəfə almaqla İranın ABŞ və müttəfiqlərinə qarşı hücum həyata keçirmək imkanlarını daha da zəiflədəcəklər. O əlavə edib: “Biz İrandan asılı olmayan neft təchizatına sadiqliyimizi davam etdiririk və Tehranın ABŞ sanksiyalarından yayınmaq cəhdlərinin qarşısını almaq üçün səylərimizi sürdü­rəcəyik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram