ABŞ hökuməti "TSMC" və "Micron" səhmlərini almayacaq | Banco.az

ABŞ hökuməti "TSMC" və "Micron" səhmlərini almayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti "TSMC" və "Micron" şirkətlərindən səhm almayacaq.

Banco.az xəbər verir ki, ABŞ rəsmisinin “Bloomberg”ə verdiyi məlumata görə, “Intel Corp.” ilə şərik olmaq üçün danışıqları davam etdirən Tramp administrasiyası ABŞ-dakı investisiyalarını artıran “Taiwan Semiconductor Manufacturing Co.” və “Micron Technology Inc.” kimi çip istehsalçılarında səhm almağı düşünmür.

Adının açıqlanmaması şərti ilə danışan rəsmi bildirib ki, ABŞ-dakı investisiya öhdəliklərini artıran şirkətlər “Chips Act” kimi proqramlar çərçivəsində maliyyə dəstəyi müqabilində səhmlərini təqdim etməyə məcbur edilməyəcək. “Micron” ABŞ-a 200 milyard dollar, “TSMC” isə əlavə 100 milyard dollar sərmayə yatıracağına söz vermişdi.

Digər tərəfdən, texnologiya xəbərləri yayımlayan “The Information”a görə, “Nvidia Corp.”, “Samsung Electronics Co.” və “Amkor Technology Inc.” də daxil olmaqla komponent təchizatçılarına H20 süni intellekt çipi ilə bağlı istehsalı dayandırmaq göstərişi verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram