ABŞ-də ipoteka faizləri iki aydan sonra ilk dəfə azalıb | Banco.az

ABŞ-də ipoteka faizləri iki aydan sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də ipoteka faizləri iki aydan sonra ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, ABŞ-də 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 7,41 faizə enərək iki aydan artıq müddətdən sonra ilk dəfə azalıb.

İpoteka Bankları Assosiasiyası (MBA) oktyabrın 16-da başa çatan həftə üzrə ipoteka müraciətlərinə dair statistik məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə ipoteka krediti üçün müraciətlərin sayı ötən həftə əvvəlki həftə ilə müqayisədə 5,3 faiz azalıb.

Mövsümi amillər nəzərə alınmaqla hesablanan göstəricilər ev almaq məqsədilə edilən ipoteka müraciətlərinin həftəlik müqayisədə 7 faiz, mövcud kreditlərin yenidən maliyyələşdirilməsi üçün müraciətlərin isə 2 faiz azaldığını göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram