ABŞ-da yeni evlərin satışı gözləniləndən çox olub | Banco.az

ABŞ-da yeni evlərin satışı gözləniləndən çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yeni ev satışları 2024-cü ilin dekabr ayında bazar proqnozlarını üstələyərək 3,6 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin dekabr ayına dair yeni mənzil satış statistikalarına görə, ötən ay ölkədə yeni mənzil satışlarının sayı mövsümi təsirlərdən kənarlaşdırılmış şəkildə aylıq müqayisədə 3,6 faiz artaraq 698 minə yüksəlib.

Bazar proqnozları yeni mənzil satışlarının 669 min olması istiqamətində idi. Yeni mənzil satışları 2024-cü ilin noyabrında 9,6 faiz artımla 674 min olaraq qeydə alınmışdı.

Ölkədə yeni mənzil satışları 2024-cü ilin dekabrında illik əsasda da 6,7 faiz artıb.

ABŞ-da ötən ay satışa çıxarılan yeni mənzillərin median satış qiyməti isə illik 2 faiz artaraq 427 min dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram