Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da vakant iş yerlərinin sayı pandemiyadan bəri ən aşağı səviyyədədir.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi dekabr ayına dair JOLTS vakant iş yerləri üzrə statistik məlumatları açıqlayıb.
Məlumatlara əsasən, ABŞ-də vakant iş yerlərinin sayı dekabr ayında əvvəlki ayla müqayisədə 386 min azalaraq 6 milyon 542 minə enib. Bu göstərici 2020-ci ilin sentyabr ayından bəri qeydə alınan ən aşağı səviyyə olub.
Bazar gözləntiləri isə sözügedən dövrdə vakant iş yerlərinin sayının 7 milyona yüksələcəyi istiqamətində idi.
Yekun məlumatlara görə, noyabr ayında vakant iş yerlərinin sayı 6 milyon 928 min səviyyəsində qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
