ABŞ-da istehsal göstəriciləri proqnozları üstələyib | Banco.az

ABŞ-da istehsal göstəriciləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) aprel ayında bazar proqnozlarını üstələyən 50,7 səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global” ABŞ-da aprel ayı üzrə istehsal, xidmət və kompozit PMI (Satınalma Menecerləri İndeksi) ilkin göstəricilərini açıqlayıb.

Buna əsasən, istehsal sənayesi üzrə PMI apreldə əvvəlki aya nisbətən 0,5 bənd artaraq 50,7-yə yüksəlib.

İstehsal sektorunda genişlənməyə işarə edən və bazar gözləntilərini üstələyən indeksin 49 səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Bu dövrdə son iki ayın ən yüksək səviyyəsinə çatan indeks mart ayında 50,2 olmuşdu.

Xidmət sektoru göstəricisi proqnozlardan geri qalıb

ABŞ-da xidmət sektoru PMI isə apreldə aylıq 3 bənd azalaraq 51,4-ə enib.

Bu dövrdə bazar gözləntilərini qarşılamayan indeksin 52,8 səviyyəsində olacağı təxmin edilirdi.

Azalma müşahidə olunsa da, xidmət sektorunda genişlənməyə işarə edən indeks mart ayında 54,4 olmuşdu.

İstehsal və xidmət sektorlarını əhatə edən birləşmiş PMI isə apreldə aylıq əsasda 2,3 bənd azalma ilə 51,2-yə enib.

Sözügedən dövrdə indeks son 16 ayın ən aşağı səviyyəsinə düşüb. Mart ayında bu göstərici 53,5 olmuşdu.

PMI göstəricilərinin 50 və yuxarı olması sektor üzrə genişlənməyə, 50-dən aşağı olması isə daralmaya işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram