Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr ayında Azərbaycana 868 milyon 618 min dollar dəyərində 44 min 428 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 1,9 dəfə və ya 425 milyon 222 min dollar, sayı isə 28 min 712 ədəd və ya 2,8 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 15 716, dəyəri isə 443 milyon 396 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
