9 ayda Azərbaycanda notbuk istehsalı azalıb | Banco.az

9 ayda Azərbaycanda notbuk istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 248,1 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 35,2 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 8 faiz artıb. 

9 ayda 1 090 ədəd notbuk (23,8% azdır), 1 415 ədəd stolüstü kompüter, 221,5 min ədəd ölçmə cihazları, 155 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram