Müsahibimiz AG bankın mikromaliyyələşdirmə qrupunun rəhbəri Fərhad Təhməzovdur
Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılmasıdır
Müsahibimiz AG bankın mikromaliyyələşdirmə qrupunun rəhbəri Fərhad Təhməzovdur
Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılmasıdır
“Caspian Money Transfer” pul köçürmə sistemi və “MilliKart” MMC prosessinq mərkəzilə inteqrasiyasını uğurla yekunlaşdırmışdır.
Bu inteqrasiya nəticəsində “Caspian Money Transfer” pul köçürmə sistemi vasitəsilə xarici ölkələrdən Azərbaycana köçürülən pulları plastik kat sahiblərinin hesablarına yönəldiləcək. Müştərilərimiz banka getmədən ona köçürülən məbləği plastik kartdan istifadə edə bilər. Bu xidməti hələ ki “Zaminbank”ın plastik kart sahibləri istifadə edə biləcəklər.
DəmirBank-ın Maestro və MasterCard kartlarının sahibləri “MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqasının oyununu canlı izləyin!” adlı stimullaşdırıcı lotereyada iştirak edir.
Kampaniya çərçivəsində 1 – 31 oktyabr 2013-cü il tarixində Maestro və MasterCard plastik kartları vasitəsi ilə yerli və beynəlxalq alış-veriş zamanı POS terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirən müştərilər qalib olmaq şansı qazanır.
Azərbaycan Beynəlxalq Bankı (ABB) Avropa bankları arasında ilk dəfə islam bankçılığı tələblərinə cavab verən "Qiblə" kartını təqdim edib. Trend-in məlumatına görə, çərşənbə günü Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri Bəhnam Qurbanzadə təqdimat zamanı bildirib ki, kart yaxın vaxtlarda dövriyyəyə buraxılacaq. Kartın dəyəri 40 manat təşkil edir.
“Bank Technique” ASC, “Apple” şirkətinin iOS 7 yeni mobil əməliyyat sistemini istifadəyə verilməsi ilə əlaqədar olaraq, “MobilBank” tətbiqini yeniləyib.
Yeni əməliyyat sisteminin dəstəyindən əlavə, tətbiqin ekran formaları da yeni buraxılmış iPhone telefonlarının ekranlarına uyğun optimallaşdırılıb.
“MobilBank” xidməti şəxsi bank hesabını mobil telefonla idarə etməyə və bir sıra əməliyyatlar (balansı yoxlamaq, çıxarış əldə etmək, kommunal ödənişlər etmək, pul köçürmək və s.) aparmağa imkan verir.
“Bank of Baku” müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə “Ürəyiniz istəyən nağd kredit” endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur. Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10000 manata qədərdir.
DəmirBank dünyanın 130-dək ölkəsinə Lider sistemi ilə 1% komissiya ilə təcili pul köçürmə xidmətlərini təqdim edir. Bu komissiya beynəlxalq təcili pul köçürmələri sahəsində ölkədə ən aşağı və sərfəli komissiyalardandır.
“Bank Technique” ASC müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir. Bu dəfə Bank VISA və MasterCard beynəlxalq ödəmə sistemlərinin VISA “Personal Payment” və MasterCard “Money Send” pul koçürmələri xidmətlərinə qoşulub. Yeni xidmətlər bu ödəmə sistemlərinin kart sahiblərinə, banka gəlmədən, öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan yaradır.
VISA “Personal Payment” xidməti sayəsində “Bank Technique”in VISA kart sahibləri, Azərbaycan və bütün MDB ölkələrinin bankları tərəfindən buraxılan VISA kartlarına pul köçürə bilərlər.
DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb.
Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.
Unibank-dan ilk dəfə kredit götürənlərə şok endirim ediləcək. Unibank-ın bu gündən başlayan “SİFTƏ KREDİTİ” aksiyası, ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür. İlk dəfə kredit üçün müraciət edənlər, Unibankdan 6% endirimlə kredit alacaqlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik “Siftə krediti” alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir.