PAŞA Bank "Tieto" şirkətinin inkişaf etdirdiyi "Card Suite Fraud Management" sistemini müvəffəqiyyətlə tətbiq etmişdir.
PAŞA Bank növbəti dəfə “SIBOS 2013” Beynəlxalq maliyyə sənayesi forumunda regionu təmsil edir
Bu gün Dubayda (BƏƏ) sayca 35-ci "SIBOS 2013" Beynəlxalq maliyyə sənayesi forum-sərgisi başlayır. Ötən il olduğu kimi regionun sərgidə eksponent qismində yeganə təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.
SIBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, onların infrastrukturlarının inkişaf yolları, bank və korporasiyaların qarşılıqlı əlaqələri, kapital və investisiyaların hərəkəti, yeni maliyyə xidmətlərinin inkişafı da daxil olmaqla dünya maliyyə sənayesinin geniş əhatəli aktual problemləri müzakirə olunur.
“Amrahbank”ın Lənkəranda fəaliyyətini genişləndirir
Regionlarda yerləşən filial şəbəkələrinin inkişafına xüsusi əhəmiyyət verən “Amrahbank”ın Lənkəran şəhəri , Həzi Aslanov prospekti 1 ünvanında yerləşən Lənkəran filialı aparılan rekonstruksiya , abadlıq işlərindən sonra fəaliyyətini genişləndirdi.
“Bank Standard" pul köçürməsi üçün Sizə 3 saat vaxt verir.
ndi “Bank Standard”-dan pul köçürmələri edən müştərilərə danışıq vaxtı hədiyyə! Bankın istənilən filialında hər 500 USD/EUR və ya 15 000 RUR məbləğində beynəlxalq pul köçürməsi edən (“Zolotaya Korona” pul köçürmə sistemi istisna olmaqla) müştəriyə şəbəkədaxili 15 dəqiqə pulsuz danışıq vaxtı hədiyyə ediləcək. Bir ay ərzində maksimal hədiyyə vaxtı 200 dəqiqə təşkil edir. Qazanılan bonus dəqiqələri əməliyyat günündən sonrakı, növbəti iş günündə müştərinin balansına yüklənilir.
“Bank Standard”-da beynəlxalq pul köçürmələri edin, hədiyyə olaraq danışıq vaxtı qazanın!
“Bank Standard" növbəti "Super Trader" oyunu üçün qeydiyyatın başlanmasını elan edir.
Müsabiqədə sentyabrın 16-dan 22-dək bu linkdən istifadə edərək və ya trader.bankstandard.com/az/ səhifəsində qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.
"Bank Standard"-ın "Səkkizinci" filialı yeniləndi və genişləndi.
“Bank Standard”-ın 8-ci kilometr qəsəbəsində yerləşən “Səkkizinci” filialı yeni dizaynda və daha geniş xidmət növlərilə müştərilərin ixtiyarına verildi. Filialın yenilənməsində əsas məqsəd daha üstün və operativ xidmət göstərməkdir.
EVDAR XANIMLAR NƏ DÜŞÜNÜR?
Unibankın unikal məhsulu olan “evdar xanım krediti” i ilə bağlı müraciətlərin sayı son zamanlar kəskin artıb. Hər gün yüzlərlə xanım Unibank filiallarında bu güzəştli kredit məhsulunu rəsmiləşdirərək, endirimlərdən faydalanır. Xatırladaq ki, Unibankdan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.
“Bank Technique”in “Caspian Finance” filialı yeni ünvanda!
“Bank Technique” ASC, filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, “Caspian Finance” filialının da ünvanını dəyişib.
“Bank Technique”, faizləri öncədən ödənilən, “SMART” depozitini təqdim edir!
“Bank Technique”, faizləri öncədən ödənilən,
“SMART” depozitini təqdim edir!
Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan “Bank Technique” ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu – “Smart” depozitini təqdim edir. Depozitə yerləşdiriləcək minimum məbləğ 100 AZN və ya ABŞ dollarıdır. “Smart” depoziti üzrə vəsaitlər 12, 24, 48 və ya 60 ay müddətinə yerləşdirilə bilər.