19 oktyabr tarixində Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartın kütləvi dövriyyəyə buraxılmasından düz iki il ötür. Bu zaman kəsiyində Bolkart ölkə vətəndaşları arasında böyük populyarlıq qazanıb və bu gün artıq 150.000-dən çox insan bu kredit kartından gündəlik istifadə edir.
Atabank Hesab.az portalıda istfadəçilərə daha bir yenilik təqdim edir.
Artıq Hesab.az portalında "AtaBank"a kredit sifarişi vermək mümükündür.
Kartınızı kuryerlə əldə edin!
Bank-dan verilən məlumata görə müştərilər plastik kartları işlərindən ayrılmadan əldə edə biləcəklər. Bunun üçün banka yaxınlaşıb seçdiyiniz plastik kartını sifariş edərək ünvanınızı qeyd etmək kifayətdir və biz, iki iş günü ərzində plastik kartınızı evinizə, iş yerinizə və ya Bakı və Abşeron daxilində sizə rahat olan digər ünvana kuryer xidməti ilə çatdıracayıq.
Əlavə xidmət haqqı – 5 ş.v.
DəmirBank sentyabr ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 oktyabr 2013-cü il tarixinə 378 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 295 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2013-cü il tarixinə 173,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 oktyabr 2013-cü il tarixinə 142,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 14,6% və ya 18,2 mln. manat çoxdur.
Bolkart ilə Park Cinema-da kino seyri!
“Bank of Baku” kino həvəskarlarına kinoteatra nağd vəsaitsiz getmək sürprizini təqdim edir. Artıq belə bir imkandan Bolkart istifadəçiləri faydalana bilər. Heç bir nağd ödəniş etmədən kart sahibləri şəhərimizin yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema-da məşhur filmlərə baxa bilərlər. İndi hər Bolkart sahibi öz yaxınları ilə Park Cinema kinoteatrlarında (Park Bulvar, Metro Park) istənilən filmə baxa bilər. Alınmış biletlərin dəyərini isə 1 və ya 3 aya ödəmək mümkündü.
ALBALI-dan QURBAN BAYRAMI GÜNLƏRİNDƏ ÖZƏL HƏDİYYƏ
Unibankdan Albalı kart sahiblərinə möhtəşəm bayram hədiyyəsi var. Yalnız Qurban bayramı günlərində- oktyabrın 15-i və 16-sı tərəfdaş mağazalardan 3 və daha yuxarı taksitlə olan hər bir alış-veriş və xidmət üçün Unibankdan əlavə bir taksit hədiyyə ediləcək. Məsələn, siz 3 taksitlə aldığınız malın qiymətini, 4 aya bərabər hissəyə ödəmək imkanı qazanacaqsınız.
AtaBank-dan “Oturduğunuz yerdən hədiyyələr qazanın!” adlı kampaniya davam edir.
“AtaBank” ASC, onlayn xidmətlər portalı www.Hesab.az və Visa İNC beynəlxalq ödənişlər sistemi ilə birlikdə “Oturduğunuz yerdən hədiyyələr qazanın!” adlı kampaniya davam edir.
Kampaniyanın şərtlərinə əsasən, 31 oktyabr tarixinədək portalın bütün istifadəçiləri topladıqları bonusları elektron lotereya biletlərinə dəyişə bilər və qiymətli hədiyyələr qazana bilərlər.