İyun ayının 17-dən etibarən Bank VTB (Azərbaycan) MilliÖN (PayPoint) terminalları (köşkləri) vasitəsilə kredit ödənişləri həyata keçirilməsi xidmətini istifadəyə verəcəkdir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir.
“AtaBank” bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərəcək
2014-cü il iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərəcək. 3 gün boyunca davam edən çempionatda “AtaMatik” Milli Gimnastika Arenasının qarşında dayanaraq iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq.
UNİBANKın KREDİT KARTLARI UDUŞLUDUR
Unibank kredit kartı olanlar çox şanslıdırlar, çünki onlar müxtəlif pul uduşlu loterereyanın qalibi ola bilərlər. Artıq ilk qazananlar bəllidir. Bankın 183 müştərisu “Kredit kartınızla əməliyyat edin və qazanın” lotereyasının birinci tirajının qalibi olub.
Həzz Kart-dan bayram hədiyyəsi!
“Həzz Kart” sahibləri üçün AGBank-dan xoş xəbər! Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-dən 16-dək “Həzz Kart” vasitəsi ilə nağdlaşdırma əməliyyatlarını da həyata keçirmək mümkün olacaq. Belə ki, “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz.
Expressbank “İsti olsa, sərfəlidir!” yay kampaniyasına başladı
Expressbank nağd pul kreditinə havanın hərarəti qədər endirim elan edir. Endirim kreditin rəsmiləşdirilməsinə görə tutulan komissiyaya aiddir.
“PAŞA Bank Georgia”nın Direktorlar Şurasının yeni sədri təyin olunub
“PAŞA Bank Georgia”nın Müşahidə şurasının qərarı ilə Bankın Direktorlar Şurasının yeni sədri təyin olunub. Bu vəzifəyə əvvəllər PAŞA Bankın İdarə Heyətinin Üzvü və Baş Maliyyə İnzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov təyin olunub. Bu təyinata qədər “PAŞA Bank Georgia”ya Anar İsmayılov rəhbərlik edib, indi isə o, PAŞA Bankda yeni vəzifədə işini davam etdirəcək.
ALBALI PLUS ARTIQ PARK CİNEMA-DA!
Ən maraqlı filmləri ALBALI PLUS(ALBALI) ilə seyr edin! İndi ALBALI PLUS(ALBALI) sahibləri istədikləri filmi, istədikləri vaxt izləyə biləcəklər. Hətta bütün dostlarınızı belə, sevimli filminizin nümayişinə dəvət edə bilərsiniz. Cibinizdə nağd pulun olması da vacib deyil.Çünki ALBALI PLUS(ALBALI) kartı sizə bu əminliyi yaradır.