Azərbaycan və Niderland qarşılıqlı investisiya qoyuluşunu azaldıblar | Banco.az

Azərbaycan və Niderland qarşılıqlı investisiya qoyuluşunu azaldıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I yarısında Azərbaycan Niderland iqtisadiyyatına 3 milyon 38 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyon ABŞ dollar və ya 31,9 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Niderland iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2023-cü ilin ilk 6 ayındakı 15,6%-dən 0,3%-ə enib.

Eyni dövrdə Niderland Azərbaycan iqtisadiyyatına 20 milyon 521 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 78 milyon 475 min ABŞ dollar və ya 79,3% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Niderlandın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 0,7%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram