Azərbaycanın mənzil bazarında bu gün ciddi durğunluq müşahidə olunur, eyni zamanda alıcıların sayı azalır.
Rayon sakini "AtaBank" – dan 500 manat qazandı
"AtaBank" ASC-nin 10 mart 2015-ci il tarixindən start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında 500 manatlıq uduş qazanılmışdır. Kampaniyada iştirak edən Şəmkir şəhərinin sakini Nuru Əliyev apardığı nağdsız əməliyyat vasitəsilə 28 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirmişdir.
BVF yuanın məzənnəsi ilə bağlı Çin hökumətinə təklif irəli sürüb
Banco.az "Report"a istinadən xəbər verir ki, Beynəlxalq Vayuta Fondu (BVF) hesab edir ki, Çin hakimiyyəti yaxın üç ildə islahatlar aparmalı və milli valyutanın - yuanın məzənnəsinin tənzimlənməsindən əl çəkməlidir.
Dollar manata nəzərən möhkəmlənib
Bu gün avqustun 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0488 manat olub.
Azərbaycanda illik inflyasiya 3,7%-ə çatıb
Azərbaycanda bu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aylıq müqayisədə 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2% ucuzlaşıb.
ExpressPay Araz marketlərdə aksiya keçirir
ExpressPay ödəniş terminalları üzrə Araz super-marketlər şəbəkəsində aksiya keçirilir. Aksiya çərçivəsində marketlərdə olan terminallar vasitəsilə minimum 5 AZN ödəniş etdikdə, Sirab mineral suyu hədiyyə olunur. Hədiyyəni əldə etmək üçün terminalın ödəniş qəbzini kassada göstərmək kifayətdir. Qeyd edək ki, bank xidmətləri üzrə ödənişlər aksiyada iştirak etmir. Aksiya 5sentyabr 2015-ci il tarixədək davam edəcək.
Həyat sığortası bazarında ödənişlər 6,5 dəfə artıb
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 73,7 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.
Qeyri-həyat sığortası bazarında yığım 11,3% artıb
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 209,5 milyon manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 11,3% böyüyüb.
Sığorta bazarının 63%-i könüllü formalaşıb
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,7%-i və ya 177,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 6,6% çoxdur.
Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 283,15 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Banco.az-a daxil olan məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur.