Bu ölkənin dövlət borcu 3 trilyon avronu keçib | Banco.az

Bu ölkənin dövlət borcu 3 trilyon avronu keçib

Müəllif:Ayşən İmanova/Banco.az

Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

Banco.az xəbər verir ki, bunu “France 2” telekanalının efirində ölkənin baş naziri Mişel Barnye deyib.

“Ölkəmiz son dərəcə çətin bir vəziyyətdən keçir. Fransanın borcu 3 trilyon avrodur və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur",- o bildirib.

Telekanalın məlumatına görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır.

Baş nazir hökumətin milli borcunun artmasına və ekoloji tələblərin azaldılmasına icazə verməyəcəyini vurğulayıb.

O əlavə edib ki, hökumət xərcləri nəzarətdə saxlamağa və pensiya islahatlarını davam etdirməyə çalışacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, hökumət başçısı varlı fransız xalqının gəlirlərinə vergilərin artırılmasını istisna etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram