Müəllif:Mehin Qasımova,Banco.az
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Qlobal Mal Ticarət Barometri ilə bağlı sentyabr ayı hesabatını dərc edib.
Banco.az xəbər verir ki, hesabata görə, Mal Ticarət Barometri iyun ayında 101,7-dən sentyabr ayında 102,0-ə yüksəlib.
Hesabatda qlobal mal ticarətinin ümumi trenddən yuxarıda olduğu və artım tempi qorunub saxlanıldığı bildirilir. Barometrdə 100-dən yuxarı dəyərlərin ticarət həcminin trenddən yuxarı olduğunu, 100-dən aşağı səviyyələrin isə ticarətin ümumi trenddən aşağıda qaldığını göstərdiyi qeyd olunur.
Hesabatda deyilirdi ki, Yaxın Şərqdəki münaqişələrin ticarətə mənfi təsirləri elektron komponentlərə və süni intellekt investisiyaları ilə əlaqəli digər mallara olan güclü tələbatla qismən kompensasiya olunur.
ÜTT ticarət siyasəti ilə bağlı yüksək qeyri-müəyyənliyə və davam edən geosiyasi gərginliyə baxmayaraq, qlobal mal ticarətində artımın davamlı olaraq qaldığını vurğulayıb.
