Müəllif: Tamara Mustafayeva, Banco.az
Ukraynanın taxıl ixracı 22 faiz azalıb.
Banco.az xəbər verir ki, Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə ölkənin iyulun 1-də başlayan mövsüm ərzində taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalaraq 4,67 milyon tona düşüb.
Buğda ixracı təxminən 44 faiz azalaraq 2,33 milyon ton təşkil edib. Arpa ixracı isə təxminən yarıbayarı azalaraq 420 min tona düşüb. Qarğıdalı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 1,84 milyon tona çatıb.
İxracdakı azalmaya Çornomorsk, Pivdennıy və Odessa limanlarının fəaliyyətində yaranan fasilələr təsir göstərib. Ölkənin üç mühüm dərin sulu limanı Rusiyanın hücumları səbəbindən avqust ayından etibarən böyük ölçüdə fəaliyyətini dayandırıb.
Nazirliyin məlumatına görə Ukrayna hazırda potensial kənd təsərrüfatı ixracının yalnız 40 faizini həyata keçirə bilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
