"Tesla"nın ikinci rübdə mənfəəti gözləntiləri doğrultmadı | Banco.az

"Tesla"nın ikinci rübdə mənfəəti gözləntiləri doğrultmadı

Müəllif:Mehin Qsımova,Banco.az

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" şirkəti 2026-cı ilin aprel-iyun ayları üçün ikinci rüblük mənfəət hesabatını açıqlayıb.

Şirkət bildirib ki, tədqiqat və inkişaf üçün artan maliyyələşdirmə səbəbindən ikinci rübdə mənfəəti azalıb və avtomobil satışlarında güclü artım bu xərc artımını kompensasiya etmək üçün kifayət deyil.

Banco.az xəbər verir ki, şirkət ikinci rübdə 1,1 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövründə 1,17 milyard dollar, bu ilin birinci rübündə isə 477 milyon dollar olub.

Müəyyən maddələr istisna olmaqla, səhm başına düzəliş edilmiş mənfəət ötən ilin eyni dövründəki 40 sentdən 33 sentə düşdü. "Wall Street" analitikləri bu rüb üçün səhm başına 53 sent xalis mənfəət proqnozlaşdırmışdılar.