Azərbaycanda sığortaolunanların ümumi sayı 5,4 milyonu ötüb | Banco.az

Azərbaycanda sığortaolunanların ümumi sayı 5,4 milyonu ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 119 242 nəfər artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu xəbər verir.

Beləliklə, bu ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 447 339 nəfər olub.