Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci artırıb | Banco.az

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 29 milyon 415 min ABŞ dolları dəyərində 15 min 84 ton süd və qaymaq idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 4 482 ton və ya 42,3%, dəyəri isə 11 milyon 36 min dollar və ya 60,1% artıb.

Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 18 milyon 379 min dollar dəyərində 10 min 602 ton süd və qaymaq idxal edilib.

Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram