Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank Melli İran-ın Bakı filialı 2026-cı ilin yanvar-sentyabr aylarında 3 milyon 144 min 203 manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 1 milyon 234 min 135 manat və ya 28,2% azdır. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 4 milyon 378 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Melli İran-ın cari ilin 1 oktyabr tarixinə aktivləri 114 milyon 280 min 872 manat təşkil edib.
Bankın aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 6 milyon 10 min 205 manat və ya 5% azalıb.
Qeyd edək ki, 2025-ci ilin 31 dekabr tarixində Bank Melli İran-ın aktivlərinin həcmi isə 120 milyon 291 min 78 manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
