Dövlət Gömrük Komitəsinin avtomobilləri satışa çıxarılır – Hərrac | Banco.az

Dövlət Gömrük Komitəsinin avtomobilləri satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 17 noyabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Dövlət Gömrük Komitəsinin balansında olan 4 nəqliyyat vasitəsi də satışa çıxarılacaq.

Qeyd edək ki, avtomobillərin markaları Hyundai H-1 Starex yük, Volkswagen Jetta minik, Hyundai H-1 mikroavtobus və Volkswagen Caddy xüsusi təy.-dır. Start qiymətləri isə müvafiq olaraq 3 250 manat, 3 250 manat, 4 500 manat və 3 600 manatdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram