“Tesla” 27 min “Cybertruck” elektrik pikapını geri çağırır | Banco.az

“Tesla” 27 min “Cybertruck” elektrik pikapını geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

"Tesla" şirkəti ABŞ-də 27 min "Cybertruck" elektrik pikapını geri çağıracağını elan edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) saytında məlumat verilib.

Bildirilir ki, buna səbəb arxa kameralarından görüntülərin alınmasında gecikmənin olmasıdır ki, bu da sürücünün görmə qabiliyyətini zəiflədə və beləliklə qəza riskini artıra bilər.

Bu avtomobillərdə geriyə hərəkət başladıqdan sonra görüntü iki saniyə gecikə, ekran altı-səkkiz saniyə ərzində boş qala bilər. Problem proqram təminatının yenilənməsi ilə həll olunacaq.

Qeyd edək ki, bu, “Cybertruck”ın ötən ilin noyabrında satışa çıxarıldıqdan sonra artıq beşinci geri çağırılmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et