BVF və Dünya Bankının Banqkok görüşündə əsas gündəm | Banco.az

BVF və Dünya Bankının Banqkok görüşündə əsas gündəm

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF və Dünya Bankının Banqkok görüşündə əsas gündəm.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı geosiyasi gərginliyin qeyri-müəyyənliyi artırdığı, enerji xərclərinin yüksəlməsinin isə inflyasiya təzyiqlərini gücləndirdiyi bir şəraitdə dünya iqtisadiyyatının üzləşdiyi çətinlikləri illik iclaslarında müzakirə edəcəklər.

İkinci Dünya müharibəsindən sonra yenidən formalaşan qlobal maliyyə sisteminin tərkib hissəsi kimi yaradılan və “Bretton-Vuds əkizləri” adlandırılan BVF və Dünya Bankının hər il oktyabr ayında keçirilən illik iclasları bu il oktyabrın 12-dən 18-dək Taylandın paytaxtı Banqkokda baş tutacaq.

Xatırladaq ki, əyani və onlayn formatda keçirilən iclaslarda adətən 10 mindən çox insan iştirak edir. Bu dəfə də tədbir 190-dan çox üzv ölkənin maliyyə nazirlərini, mərkəzi bank rəhbərlərini, özəl sektor nümayəndələrini, alimləri və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirəcək.

Görüşlər zamanı beynəlxalq inkişaf, qlobal iqtisadiyyat və maliyyə bazarlarına yönəlmiş çoxsaylı regional brifinqlər və forumlar keçiriləcək. İllik görüşlərdə qlobal iqtisadi perspektiv və maliyyə sabitliyi, eləcə də texnoloji innovasiyaların iqtisadiyyata təsiri kimi əsas mövzular geniş müzakirə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram