Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb.
Banco.az xəbər verir ki, Rusiya hökumətinin yaydığı yazılı açıqlamada qərarın Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmaya uyğun olaraq qəbul edildiyi bildirilib.
Bu gündən qüvvəyə minən qərarla dizel yanacağının ixracına qoyulan qadağanın qismən aradan qaldırıldığı qeyd olunub. İlk mərhələdə 500 min ton dizel yanacağının dünya bazarlarına çıxarılmasına icazə verildiyi vurğulanıb.
Açıqlamada Rusiya neft şirkətlərinin hökumətlə razılaşdırılmış şəkildə xarici alıcılarla ixrac müqavilələri bağlamağa başlayacağı bildirilib.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak qərarın daxili bazardakı istehlakçılara mənfi təsir göstərməyəcəyini deyib. O bildirib: “İstehsal həcmlərimiz həm daxili bazarın tələbatını ödəməyə, həm də göstərilən həcmdə ixracı tam təmin etməyə imkan verir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
