Ləğv prosesində olan "Muğanbank"da sığortasız əmanətin məbləği təxminən 102 milyon manatdır.
Bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
"102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir. 76 milyonun da 61 milyon manatı 1 fiziki şəxsə aiddir. Qalan 25 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə deyirik ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir" - Taleh Kazımov əlavə edib.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!