Müəllif: Tamara Mustafayeva, Banco.az
Adətən məktəbdə, ofisdə və ya sosial dairəmizdə bizə yüksək enerji ötürən və ürəkləri fəth edən pozitiv insanlara, onların nikbinliyinə və şənliyinə heyran qalırıq. Ancaq bilməlisiniz ki, bu qədər pozitiv və ünsiyyətcil olmaq xarakterlə bağlı deyil. Belə insanların gündəlik həyatlarında müəyyən rəftarları, ünsiyyətdə əhəmiyyət verdikləri müəyyən detallar və ya fərqli düşüncə tərzləri var. Odur ki, müəyyən addımlara riayət etməklə siz də daha sosial görünə bilərsiniz.
Banco.az sosiallaşmaq üçün faydalı tövsiyələri təqdim edir:
1) Sosial insan olmaq üçün şəxsi məsuliyyətlərinizi üzərinə götürün.
Həyatınızı nəzərdən keçirin. Mənim məsuliyyətim dediyiniz şeyə diqqət yetirin. Məsuliyyətləriniz azdırsa, daha çox məsuliyyət götürə bilərsiniz. Bu yolla ətrafınızdakı insanların yükünü azaldacaq və onlar da, siz də daha xoşbəxt fərdlər olacaqsınız. Həddindən artıq məsuliyyətiniz olanda isə kömək istəməkdən çəkinməyin.
2) İnsanlarla əmr tonunda danışmaqdan çəkinin.
Siz mehriban olduğunuz zaman ətrafınızdakı insanlar da sizinlə eyni cür davranacaqlar. Bu, özünüzü daha müsbət hiss etdirəcək.
3) Reallıqları qəbul etməli olduğunuzu dərk edin.
Əvvəlcə özünüz haqqında həqiqəti qəbul etməlisiniz. Xəyal dünyanızdan çıxın və özünüzü kəşf etməyə başlayın. Güclü və zəif tərəflərinizi müəyyənləşdirin. Özünüzə və nə edə biləcəyinizə inanırsınızsa, dayanmayın, məşq edin və özünüzü təkmilləşdirməkdən nə qədər xoşbəxt olduğunuzu görün.
4) Məğlubiyyətlərin öhdəsindən gəlmək üçün taktika hazırlayın.
İtirməyi öyrənmək lazımdır. Hər uğursuzluqdan sonra yıxılmamaq və ayağa qalxmaq üçün özünüzü motivasiya etməyə bir yol tapın.
5) Necə sosial olmaq olar? Cavab: Tənqid olunanda əsəbləşməməklə…
Daha sosial, daha çox sevilən insan olmağın başqa bir qaydası tənqidə açıq olmaqdır. Tənqid olunmaq adətən insanların sizinlə maraqlanması deməkdir. Konstruktiv tənqidi nəzərə almağınız çox vacibdir. Tənqid edildiyiniz zaman əsəbləşib problemlərdən qaçmaq əvəzinə, mövzu ilə bağlı ətraflı suallar verin. Qoyun qarşıdakı insan özünü düzgün ifadə etsin.
Bizi sosial şəbəkələrdən izləyin!!