Sərfəli səyahət etməyin sirrləri - MÜSAHİBƏ | Banco.az

Sərfəli səyahət etməyin sirrləri - MÜSAHİBƏ

Səyahət etmək, yeni dünyalar kəşf etmək, fərqli şəhərlər, adət-ənənələr, yemək menyuları və s...Yəqin ki, hamı hər gün xəyalını qurduğu ən azı bir ölkənin, şəhərin olduğunu təsdiqləyər. Çoxları səyahət üçün aylarla, illərlə pul yığsa da, bəziləri əlinə düşən ilk imkandan yararlanır. Təbii ki, qarşımıza çıxan şansları düzgün istiqamətdə dəyərləndirsək hər birimiz daha çox ölkə və daha çox şəhər gəzmiş olarıq.

Banco.az sözügedən məsələylə bağlı dünyanın 70-dən çox ölkəsinə səyahət edən Vüqar Quliyevin fikirlərini təqdim edir.

“İlk olaraq qeyd edim ki, müxtəlif ölkələrə səyahət edərkən həmin yerlərin maraqlı hissələrini kəşf etmək əsas məqamlardan biridir. Eyni zamanda sərf olunan maddiyyat da mühüm əhəmiyyət kəsb edir. Yəni həmin yerləri görmək üçün nə qədər pul xərclənəcək? Buraya visa almaqdan başlayaraq bütün çəkilən xərclər daxildir. Bu günə qədər 72 ölkəyə səyahət etmişəm. Bunlar arasında ən ucuz ölkə Filippin ən bahalısı isə İsveçrə olub. Digər ölkələrlə müqayisədə Filippində turlar, ictimai nəqliyyat, otellər, yeməklər bir qədər ucuzdu. Adətən turlardan istifadə etməyi məsləhət bilmirəm. Maddi cəhətdən müəyyən qədər sərfəli deyil. Amma bəzi ölkələr var ki, oraya səyahət edərkən turlardan yararlanmaq daha məsləhətlidir. Məsələn Tayland, Kamboca, Vyetnam, İndoneziya, Filippin və s. ada ölkələri olduğuna görə bu ərazilərə səyahət edərkən müxtəlif turlardan istifadə etmək lazımlıdır. Yəni adaya getmək üçün məcbursan ki, gəmidən istifadə edəsən. Təkbaşına gəmi sifariş edib harasa getmək, gəzmək real görsənmir. Çünki ya yolu tanımayacaqsan ya da qiymətlər həddsiz baha olacaq. Ancaq həmin ölkələrdə  8-10 nəfərlik turlar olur ki, onlara qoşularaq gəzintini daha əyləncəli və sərfəli etmək olar. Məsələn mən bir günlük turlara qatılırdım ki, səhər oteldən götürülmə, fotosessiya, gəzinti, dənizdə çimmək, qidalanma və axşam otelə geri dönüş daxil olmaqla 30 manata başa gəlirdi.

Bundan başqa Avropa ölkələrinə səyahət zamanı isə turlara qoşulmağa bir o qədər də ehtiyac qalmır. Paris,Barselona, Roma kimi şəhərlərdə ictmai nəqliyyatdan istifadə daha məqsədə uyğundur. Çünkü burada gəzəcəyiniz, görmək istəyəcəyiniz yerlər şəhərin özündə olacaq. Yəni ada kimi harasa xüsusi nəqliyyatla getməyiniz tələb olunmur. Yəni Eyfel qülləsini, Noterdam kilsəsini, müxtəlif muzeyləri, abidələri və digər görməli yerləri kəşf etmək üçün avtobuslardan,metrolardan istifadə etməyiniz kifayətdi. 20-25 avroya 2-3 günlük metro kartları almaq olur. “

“Alış-veriş edərkən nisbətən ucuz mağazaları seçirəm”

“Səyahət etdiyim ölkələrdə alış-veriş cəhətdən isə məşhur mağazalara nisbətən daha ucuz yerlərdən almağa üstünlük verirəm. Məsələn məndə olduğum bütün ölkələrin maketləri olan suvenirləri var. Sonuncu dəfə Malaziyaya səyahətim zamanı Çin mağazası var ki, suvenirləri oradan almışdım. Yəni orijinal suvenirləri almağın bir o qədər də böyük əhəmiyyəti yoxdur. Ümumiyyətlə bütün ölkələrdə ucuz mağazalar olur. Sadəcə onları axtarıb tapmaq lazımdı. Geyim baxımdan isə mən əsasən Avropa ölkələrindən alış-veriş edirəm. Ancaq burada qiymətlər baha olsa da, keyfiyyəti yüksək olur.”

Ən sərfəli kredit üçün müraciət et

“Səyahətdən öncə plan tərtib olunmalıdır.”

“Ümumiyyətlə sərfəli şəkildə istənilən səyahətə başlamazdan əvvəl planlı şəkildə hərəkət cədvəli tərtib olunmalıdır. Yəni nəqliyyata, yeməyə, alınacaq əşyalara, geyimlərə , gəziləcək yerlərə, otel və ya hostellərə nə qədər pul xərcləniləcəyi təqribən müəyyən olunmalıdır. Eyni zamanda hansı bölgələrə səyahət olunacağı dəqiqləşdirilməlidir. Mən adətən bir neçə ay öncədən viza və təyyarə biletlərini əldə edirəm. Müxtəlif bloqerlərin səhifələrindəki maraqlı, gəzməli yerlərlə tanış oluram. Oranın nəqliyyat sistemi ilə, həmin ölkədə metronun olub-olmadığı ilə,hansı bölgənin haraya yaxın olduğu ilə tanış oluram.Bu da səyahət edilən ölkədə əlavə vaxt və pul itkisinin qarşısını alır. Bundan başqa qalacağım otelin metroya yaxın olmasına çalışıram. Əlavə olaraq qeyd edim ki, Avropa ölkələri, Amerika, Yaponiya, Koreya ilə müqayisədə şərq ölkələrində taksi xidmətləri, otellər ucuzdur.”

“Xərcləriniz nəğd şəkildə qarşılayın”

“İstisna hallarda xırda əşyalar, suvenirlər alarkən kartdan istifadə edə bilərəm. Daha çox nəğd şəkilində pul xərcləməyə üstünlük verirəm. Çünkü xarici ölkələrdəki mağazadan alış-veriş edərkən faiz tuta bilərlər ki, bu da daha çox pul sərfiyyatına gətirib çıxarır. Pulun xarici valyutaya dəyişdirilməsi zamanı isə şəhər mərkəzlərindəki məntəqələrdən istifadə məsləhətlidir. Aeroportlarda adətən təklif olunsa da, bu sizin daha çox pul itirməyinizə səbəb ola bilər.”

Vüqar Quliyevin üstünlük verdiyi banklar

"Kapital bank"ın "BirKart Miles" kartından və “Beynəlxalq bank”dan istifadə edirəm.

Qeyd edək ki, Vüqar Quliyevin səyahətləri ilə daha yaxından tanış olmaq istəyirsizə "Mini Mini World with Vugar" adlı youtube kanalını izləyə bilərsiniz.

Aida İSAQ, Banco.az