“Microsoft” bu ölkədə bulud xidmətləri və süni intellekt texnologiyalarına 2,2 milyard dollar sərmayə qoyacaq | Banco.az

“Microsoft” bu ölkədə bulud xidmətləri və süni intellekt texnologiyalarına 2,2 milyard dollar sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Microsoft” korporasiyası Malayziyada bulud xidmətləri və süni intellekt texnologiyalarını genişləndirmək üçün növbəti dörd il ərzində 2,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Satya Nadella bildirib.

Dörd il ərzində şirkət Malayziyada bulud hesablamaları və süni intellekt infrastrukturunun yaradılmasına 2,2 milyard dollar sərmayə qoymaq, həmçinin daha 200 000 nəfərə süni intellekt üzrə təlim keçmək niyyətindədir.

Məlumata görə, elan edilən investisiya “Microsoft”un Malayziyadakı 32 illik tarixində ən böyük investisiya olacaq. Bu investisiya ilə şirkət Asiyada generativ süni intellekt texnologiyalarını daha da inkişaf etdirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bundan öncə “Microsoft” İndoneziyada növbəti dörd il ərzində süni intellekt və bulud infrastrukturunun inkişafı üçün 1,7 milyard dollar ayıracağını bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et