Məşhur avtomobil şirkəti 145,8 milyon dollar cərimələnib | Banco.az

Məşhur avtomobil şirkəti 145,8 milyon dollar cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin avtomobil istehsalçısı “General Motors”a 145,8 milyon dollar dəyərində cərimə tətbiq edilib.

Banco.az xəbər verir ki, cərimə avtomobil konserninin atmosferə atılan emissiya qazları ilə bağlı hakimiyyət orqanlarına yanlış məlumat verməsi səbəbindən təyin edilib. Məlum olub ki, “General Motors” avtomobillərinin havaya atdığı karbon qazının miqdarı sənəddə göstəriləndən 10 faiz çoxdur.

Qeyd edək ki, “General Motors” ABŞ-da populyar olan “Chevrolet”, “Buick”, “Cadillac” və “GMC”avtomobillərini istehsal edir.

O, satış həcminə görə dünyada beşinci ən böyük avtomobil istehsalçısıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et