İctimai WIFI şəbəkəsi qurulan zaman diqqət yetirilməsi vacib olan məqamlar - Mütəxəssis açıqladı | Banco.az

İctimai WIFI şəbəkəsi qurulan zaman diqqət yetirilməsi vacib olan məqamlar - Mütəxəssis açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İctimai WIFI şəbəkəsi qurularkən diqqət edilməli bir çox məqam mövcuddur. Bu işin uğuru, yanaşmadan, məqsəddən və qoyulan yatırımdan asılıdır.

Mütəxəssis Bəhruz Əliyev Banco.az-a verdiyi açıqlamada ictimai WIFI şəbəkələrinin səmərəli olması üçün vacib aspektləri vurğulayıb.

“Stasionar dayanacaqlarda stabil internetin təşkil edilməsi və texniki tələblərə uyğun WIFI avadanlıqlarının qoşulması istifadəçilər üçün daha yaxşı imkan yaradacaq. Bu, istifadəçilərin xidmətə olan etimadını artıracaq. Bildirim ki,  qoşulan istifadəçilərin sürət limitinin tənzimlənməsi zəruridir. Əks halda, bir istifadəçi böyük həcimli faylları yükləməyə başladıqda, digər istifadəçilərin sürətinə ciddi təsir göstərə bilər. Stabil xidmət üçün fayl yükləmələri müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Şəbəkə prioritetləri düzgün nizamlanmalıdır. Yəni hansı sistemin daha sürətli işləməsinə ehtiyac varsa, sistem birinci ona imkan yaratmalıdır. Məsələn, bir istifadəçi fayl yükləyərkən və 4K videoya baxarkən, digər bir istifadəçi adi bir WhatsApp mesajı göndərmədə çətinlik çəkməməlidir”.

Ekspert qeyd edib ki, sistem qurularkən, təhlükəsizlik tədbirləri də nəzərə alınmalıdır. Bu, digər nizamlayıcı işlərin həyata keçirilməsi bir çox problemin qarşısını ala bilər:

Mütəxəssis vurğulayıb ki, ictimai WIFI layihələrini həyata keçirən şirkətlərin bu və buna bənzər məsələləri diqqətə alaraq işlərini görmələrinin vacibliyini qeyd edir. Bu yanaşma, istifadəçilərin WIFI xidmətindən rahat yararlanmalarını təmin edəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et