G20 ölkələrinə texnologiya liderlərindən süni intellekt çağırışı | Banco.az

G20 ölkələrinə texnologiya liderlərindən süni intellekt çağırışı

Müəllif: Tamara Mustafayeva, Banco.az

G20 ölkələrinə texnologiya liderlərindən süni intellekt çağırışı.

Banco.az xəbər verir ki, ABŞ-ın G20 ölkələri üçün Şimali Karolinada təşkil etdiyi texnologiya tədbirində çıxış edən “Nvidia” şirkətinin rəhbəri Censen Huanq bildirib ki, “hər bir ölkə öz yerli iqtisadiyyatını dəstəkləyə bilmək üçün infrastruktur qurmalıdır”. Süni intellekt bumunun mərkəzində yer alan “Nvidia”nın baş icraçı direktoru bu texnologiyanı su, elektrik və digər ictimai xidmətlərlə müqayisə edərək, “Bu, böyük bərabərləşdiricidir” deyib.

Huanq açıqlamasında bir ölkə üçün ən pis nəticənin geridə qalmaq olduğunu bildirib. O, ictimaiyyətin və siyasətçilərin süni intellektlə bağlı narahatlıqların bu texnologiya ətrafındakı müzakirələrə istiqamət verməsinə imkan verməsi halında bunun baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Huanq bu məsələyə yanaşmada balanslı mövqenin qorunmasının vacibliyini vurğulayaraq, süni intellektin rifahı artırmaq potensialına diqqət yetirilməli olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram