Çin hökuməti banklara 142 milyard dollar kapital qoymağı planlaşdırır | Banco.az

Çin hökuməti banklara 142 milyard dollar kapital qoymağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Çin iqtisadiyyatı stimullaşdırmaq və potensialı artırmaq üçün ən böyük dövlət banklarına 1 trilyon yuana (142 milyard dollar) qədər kapital qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu, 2008-ci ildə qlobal maliyyə böhranından sonra ilk irimiqyaslı kapital qoyuluşu olacaq.

Agentliyin həmsöhbətlərinin fikrincə, maliyyə vəsaiti əsasən yeni xüsusi suveren istiqrazların buraxılmasından gələcək, lakin detallar dəyişə bilər.

Son illərdə iqtisadiyyatı dəstəkləmək üçün təyin edilmiş “Industrial & Commercial Bank of China” və “Bank of China” kimi banklar indi azalan mənfəət və artan borclarla mübarizə aparır.

Qeyd edilir ki, böyük Çin bankları tənzimləyicilər tərəfindən çətinləşən iqtisadiyyatı dəstəkləmək üçün artan təzyiqlər altındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram