BVF Pakistana 7 milyard dollarlıq maliyyə dəstəyi proqramını təsdiqləyib | Banco.az

BVF Pakistana 7 milyard dollarlıq maliyyə dəstəyi proqramını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Pakistana 37 ay ərzində 7 milyard dollar məbləğində maliyyə yardımı paketinin verilməsini təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyindəki mənbəyə istinadən “Geo TV” telekanalı məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, 1,1 milyard dollar məbləğində ilk tranş 30 sentyabr 2024-cü il tarixinədək İslam Respublikasının Dövlət Bankına köçürülə bilər.

Xatırladaq ki, Pakistan üçün növbəti kredit proqramı ilə bağlı danışıqlar 2024-cü ilin may ayında başlayıb. İyulun 12-də İslamabad və BVF 37 ay ərzində 7 milyard dollar ayırmaq üçün işçilər səviyyəsində razılığa gəliblər.

Ən sərfəli krediti almaq üçün müraciət et