Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankından inkişaf etməkdə olan ölkələrə 112 milyard dollarlıq özəl kapital.
Banco.az xəbər verir ki, Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində inkişaf etməkdə olan ölkələr üçün rekord həcmdə – 112 milyard dollar özəl kapital səfərbər edib.
Bankın açıqlamasında bildirilib ki, Qrup sözügedən maliyyə ilində tarixində ən yüksək həcmdə özəl kapital səfərbərliyi həyata keçirib və rekord məbləğdə zəmanət təqdim edib.
Açıqlamaya görə Dünya Bankı Qrupunun səfərbər etdiyi özəl kapital son 4 ildə 3 dəfədən çox artaraq 2022-ci mali ilindəki 35 milyard dollardan 2026-cı maliyyə ilində 112 milyard dollara çatıb.
Bankın açıqlamasında qeyd olunub ki, Qrupun öz maliyyələşdirməsi də nəzərə alındıqda 2026-cı maliyyə ilində inkişaf etməkdə olan iqtisadiyyatlara təqdim edilən ümumi maliyyələşdirmə və səfərbər edilən vəsaitin həcmi 200 milyard dolları ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
