Avropada elektrikli avtomobillərin bazar payı 30 faizi ötüb | Banco.az

Avropada elektrikli avtomobillərin bazar payı 30 faizi ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada elektrikli avtomobillərin bazar payı 30 faizi ötüb.

Banco.az xəbər verir ki, elektrikli avtomobil sektorunu təmsil edən Brüsseldə yerləşən “E-Mobility Europe” və müstəqil nəqliyyat araşdırmaları qurumu “New AutoMotive” tərəfindən hazırlanan avqust ayı bülleteni yayımlanıb.

Məlumata görə izlənilən 16 Avropa ölkəsində avqust ayında 202 833 yeni tam elektrikli avtomobil qeydiyyata alınıb. Elektrikli avtomobillərin qeydiyyatı ötən ilin eyni ayı ilə müqayisədə 54,2 faiz artıb.

Tam elektrikli avtomobillərin sözügedən bazarlarda yeni avtomobil satışlarındakı payı 30,5 faizə çatıb. Avropa İttifaqı (Aİ) üzrə ümumi bazar payının isə 31,2 faiz olacağı proqnozlaşdırılıb.

İlin əvvəlindən avqustun sonunadək qeydiyyata alınan tam elektrikli avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artaraq 1 milyon 673 min 856-ya çatıb. Elektrikli avtomobillərin bu dövrdəki bazar payı isə 22,5 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram