Sinqapurda insanları telefonlarını yerə qoyub kitab oxumağa təşviq etmək üçün qeyri-adi bir təşəbbüs irəli sürülüb.
Banco.az xəbər verir ki, gündə ən azı 15 dəqiqə kitab oxuyan və bu vaxtı xüsusi rəqəmsal platformada qeyd edən sakinlər bunun müqabilində virtual tokenlər qazanırlar.
Təşəbbüs Sinqapur Milli Kitabxana Şurası tərəfindən "ReadSG" hərəkatının bir hissəsi olaraq həyata keçirilir.
Qayda olduqca sadədir: İştirakçılar hər gün ən azı 15 dəqiqə oxuyur və sistemdə keçirdikləri vaxtı qeyd edirlər.
1000 virtual token 1 Sinqapur dollarına bərabərdir.
İlk baxışdan mükafat böyük görünməyə bilər. Lakin layihə gəlir əldə etmək əvəzinə, insanlarda müntəzəm oxunma vərdişi aşılamağı hədəfləyir . Hər gün 15 dəqiqə kitab oxuyan iştirakçı bir ildə 7300 virtual token toplaya bilər.
Bu təşəbbüslə Sinqapur sosial mediada məqsədsiz və davamlı olaraq məzmun istehlak etmək vərdişi olan "doomscrolling"ə alternativ bir fəaliyyət təşviq edir.
Mütəxəssis uzun mətnlərin oxunmasının diqqətin yaxşılaşdırılması, informasiyanın daha dərindən başa düşülməsi və tənqidi düşüncə ilə əlaqəli olduğunu vurğulayırlar.
Maraqlıdır ki, "PISA-2022" nəticələrinə görə, Sinqapur 15 yaşlı şagirdlərin savadlılıq bacarıqlarına görə dünyada ən yüksək bal toplayan ölkələrdən biri olub. Şagirdlərin 89%-i ən azı ikinci səviyyəyə çatıb.
