Bu sahədə maaşlar 2 100 manatı ötüb | Banco.az

Bu sahədə maaşlar 2 100 manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 2 147,2 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 907,9 manat, özəl sektorda isə 2 292,3 manat olub.  

2025-ci ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 583,8 manat, özəl sektorda isə 2 135 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram