Mal əti niyə bahalaşıb? | Banco.az

Mal əti niyə bahalaşıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakıda mal ətinin qiymətində artım müşahidə olunur. Məlumata görə, hazırda sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz mal ətinin kiloqramı isə 23 manata təklif edilir.

Qiymət artımının xüsusilə son dövrdə daha çox hiss olunduğu bildirilir. Mal ətinin bahalaşması istehlakçıların gündəlik xərclərinə də təsir göstərir. Bazarda qiymətlərin yaxın günlərdə necə dəyişəcəyi isə sual altındadır. 

İqtisadçı Natiq Cəfərli Banco.az-a açıqlamasında bildirib ki, mal ətinin qiymətinin artması təbii haldır, yəni qiymətlər artaraq gedir:

"Çünki təklif azalıb. Azərbaycanda iribuynuzlu mal-qaranın sayı son 5 ildə hər il azalır. Beş il ərzində təxminən 230-240 minə yaxın azalma var. Təbii ki, təklif azalanda tələb isə yerində qalanda qiymətlər artır.

Mal əti ilə, ümumiyyətlə, ətlə məşğul olanlar özləri də istehlakçıdırlar. Bütün məhsulların qiyməti qalxırsa, onlar da təbii olaraq öz məhsullarının qiymətini artırmağa çalışırlar. Çünki əti satır, yağ alır, düyü alır, un alır. Onların da qiyməti artır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram