Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın planşet bazarında 2026-cı ilin avqust ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı azalaraq maydakı 78,2%-dən 73,32%-ə enib.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, “Samsung”un bazar payı ötən ilin avqust ayında isə 41,33% olub.
Məlumata görə, ötən ay Apple-in payı 13,75%, Xiaomi-nin 5,36%, Honor-un 1,03%, Huawei-nin 1,59%, Lenova 0,37%, Asus 0,94% təşkil edib.
Qeyd edək ki, qlobal planşet bazarında 2026-cı ilin avqust ayında ən çox paya malik marka isə "Apple" (52,35%) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
