Bu ölkə Qəzzaya 2,5 milyon avro humanitar yardım ayıracaq | Banco.az

Bu ölkə Qəzzaya 2,5 milyon avro humanitar yardım ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Sloveniya Respublikasının hakimiyyət orqanları Qəzza zolağının sakinləri üçün humanitar yardım kimi 2,5 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Sloveniya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.

"Sloveniya hökuməti Fələstin xalqına təcili humanitar yardım göstərmək üçün Birləşmiş Millətlər Təşkilatının müxtəlif proqramları vasitəsilə əlavə 2,5 milyon avro ayırmağa qərar verib", - deyə Sloveniyanın Baş naziri Robert Qolob qeyd edib.

Məlumata əsasən, o, Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək məqsədilə İordaniyada keçirilən yüksək səviyyəli beynəlxalq konfransda iştirak edir.

Sloveniya Mətbuat Agentliyi qeyd edib ki, ölkə hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 1 milyon avro ayıracaq. Daha 1 milyon BMT-nin Ümumdünya Ərzaq Proqramına, 500 min avro isə Yaxın Şərq münaqişə zonasında humanitar proqramlarda iştirak edən Sloveniya təşkilatlarına ayrılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et