Müəllif: Tamara Mustafayeva, Banco.az
Bir müddət əvvəl dünyanın ən varlı insanı hazırda ilk üçlükdə belə deyil.
Banco.az xəbər verir ki, fransız lüks geyim markası “LVMH”nin təsisçisi və icraçı direktoru Bernard Arno altı ay əvvəl dünyanın ən varlı insanı olduğu halda, hazırda sərvəti 54 milyard dollar azalaraq beşinci yerə düşüb.
Məlum olduğu kimi, Bernard Arno mart ayının sonunda təxminən 231 milyard dollar sərvətə sahib idi və bu da onu İlon Mask və Ceff Bezosu geridə qoyaraq Blumberq Milyarderlər İndeksində zirvəyə daşımışdı.
Moda nəhəngi markanın sahibinin sərvəti mart ayından bu yana 54 milyard dollar azalıb. Sentyabrın 20-nə olan məlumata görə, Arnonun sərvəti 177,1 milyard dollara düşüb. Milyarder iş adamının xalis sərvəti ilin əvvəlindən bəri isə 30,4 milyard dollar azalıb. Bununla da o, Blumberqin siyahısındakı 500 nəfər arasında ən böyük sərvət itirən şəxs olub.
Xatırladaq ki, Bernard Arno “Tiffany & Co.”, “Louis Vuitton”, “Dom Perignon” və “Sephora” da daxil olmaqla təxminən 75 markanın daxil olduğu lüks brendlərin 48 faizinə sahibdir.
Gəlin Blumberq Milyarderlər Siyahısının onluğu ilə tanış olaq.
10. Sergey Brin
Xalis sərvəti: 139,4 milyard dollar
ABŞ
9. Uorren Bufet
Xalis sərvəti: 143,8 milyard dollar
ABŞ
8. Larri Peyc
Xalis sərvət: 148 milyard dollar
ABŞ
7. Stiv Balmer
Xalis sərvət: 150,7 milyard dollar
ABŞ
6. Bill Qeyts
Xalis sərvəti: 162,5 milyard dollar
ABŞ
5.Bernard Arno
Xalis sərvəti: 177,1 milyard dollar
Fransa
4. Larri Ellison
Xalis sərvəti: 179,7 milyard dollar
ABŞ
3. Mark Zukerberq
Xalis sərvəti: 199,2 milyard dollar
ABŞ
2. Ceff Bezos
Xalis sərvəti: 214 milyard dollar
ABŞ
1. İlon Mask
Xalis sərvəti: 256,4 milyard dollar
ABŞ
Bizi sosial şəbəkələrdən izləyin!!