Müəllif: Gülnar Əhmədli, Banco.az
Sığorta sektoru qlobal maliyyə bazarlarının ən iri və dayanıqlı sahələrindən biri olaraq milyardlarla dollarlıq bazar dəyərinə malik şirkətləri bir araya gətirir. Bu şirkətlər təkcə sığorta xidmətləri ilə deyil, həm də investisiya fəaliyyəti və aktivlərin idarə olunması ilə dünya iqtisadiyyatında mühüm rol oynayırlar. Son reytinqə görə, bazar dəyərinə əsasən dünyanın ən böyük sığorta şirkətləri əsasən ABŞ, Avropa və Asiyada cəmləşib. Siyahıya ABŞ-ın UnitedHealth şirkəti liderlik edir.
Banco.az bazar dəyərinə görə dünyanın ən böyük 10 sığorta şirkətini təqdim edir: (29 iyun 2025 tarixinə)
- UnitedHealth (ABŞ) - 338.58 milyard dollar
- Allianz SE (Almaniya) - 177.11 milyard dollar
- China Life Insurance (Çin) - 148.70 milyard dollar
- Chubb (İsveçrə) - 132.43 milyard dollar
- Progressive (ABŞ) - 130.61 milyard dollar
- Ping An Insurance (Çin) - 129.54 milyard dollar
- Zurich Insurance Group (İsveçrə) - 108.88 milyard dollar
- AXA (Fransa) - 101.42 milyard dollar
- AIA (Honq Konq) - 94.87 milyard dollar
- Elevance Health (ABŞ) - 85.81 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!
